Millət vəkili: “Bu, hüquqdan, insanlıqdan kənar məsələdir”

Millət vəkili: “Bu, hüquqdan, insanlıqdan kənar məsələdir”

"Kəlbəcərə öz doğma yurduna gedən azərbaycanlıların ermənilər tərəfindən girov götürülməsi və onlara qondarma məhkəmənin qurulması hüquqdan, ədalətdən insanlıqdan tamamilə kənar olan məsələdir". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.

Millət vəkili deyib ki, azərbaycanlı girovları ermənilər işgəncələrə məruz qoyurlar: "Təəssüflər olsun ki, ermənilər bizim həmyerlilərimizə qarşı işgəncələr həyata keçiriblər və biz bunu görmüşük, mətbuat vasitəsi ilə izləmişik. Onlar heç bir cinayətə yol verməyiblər, öz ərazilərinə, doğma torpaqlarına gediblər, orada öz yaxınlarının məzarlarını ziyarət ediblər və buna görə də insana qarşı belə işgəncə vermək düzgün deyil. Bu hüquqdan, ədalətdən, insanlıqdan kənar məsələdir. İnanıram ki, yaxın zamanlarda Azərbaycan prezidenti İlham Əliyevin səyləri nəticəsində bizim həmvətənlərimiz öz doğma torpaqlarına qayıda biləcəklər".

R. Rzayev hesab edir ki, ABŞ rəsmilərinin girovların azad edilməsi ilə bağlı bəyanatları separatçıları ədalətli mövqe sərgiləməyə məcbur edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə