Bu gün "Hillel" Yəhudi Evində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) və onun nəzdində yaranan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası tərəfindən Xocalı soyqırımının anım mərasimi keçirilir. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev, AGAT-ın sədr müavini Nərgiz Xələf, "Hilel" Yəhudi Evinin rəhbəri Boris Muşailov, Ombudsman Aparatının nümayəndələri və KİV əməkdaşları iştirak edib.
Qeyd edək ki, 26 fevralda 1600-ə yaxın beynəlxalq təşkilatlarının, senat nümayəndələrinin, dünyada xüsusən Avropada AGAT-ın tərəfdaşlıq etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinin elektron ünvanlarına "Stop nasizm and terrorizm!" adlı məlumatlandırıcı proqram paketi göndərilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB