Ermənistanda elektrik enerjisi bahalaşır

Ermənistanda elektrik enerjisi bahalaşır

Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin uzadılması bu ölkədə elektrik enerjisinin yenidən bahalaşmasına səbəb olacaq. SİA xəbər verir ki, bu barədə Ermənistan parlamentində çıxış edən ictimai xidmət təminatı komissiyasının sədri Robert Nəzəryan Ermənistan Milli Konqresindən olan deputat Nikol Paşinyanın suallarını cavablandırarkən deyib. Nəzəryan deyib ki, əgər AES fəaliyyətinin uzadılması istiqamətində orada aparılacaq təmir işləri ilə bağlı fəaliyyətini dayandırarsa, elektrik enerjisinə aid olan tarif qiymətində yüksəlmələr baş verəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə