"G-20 sammiti Antalyada keçiriləcək". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Onun sözlərinə görə, G-20 sammitinə rəhbərlik Türkiyə üçün böyük şərəfdir: "Türkiyə prezidenti G-20 ölkələrinə səfərlərə də başlayıb. Biz sammitə bir ölkə dəvət edə bilərdik və Azərbaycanı dəvət etdik. Azərbaycanın bu sammitə qatılması Türkiyəyə də güc verəcək".
Çavuşoğlu həmçinin Azərbaycanla bağlı fikirlərini də söyləyib: "Azərbaycan mənim öz vətənimdir. Azərbaycana səfərimdən məmnunam. Hər səfərim zamanı Azərbaycanın gücləndiyinin şahidi oluram. Azərbaycanla Türkiyə arasında münasibətlərin, xüsusən iqtisadi münasibətlərin inkişafı üçün çalışırıq. Qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində fəaliyyət göstəririk".
Türkiyə XİN başçısı TANAP-ın Türkiyə üçün əhəmiyyətinə də toxunub. O deyib ki, sözügedən layihə Türkiyə üçün strateji əhəmiyyətə malikdir: " TANAP-a Türkmənistan qazının da daxil edilməsinə çalışırıq. Bunu da əvvəllər bəyan etmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB