Qubad İbadoğlu: "Hərəkatın proqramını və konspesiyasını işləyəcəyik" AÇIQLAMA
"Bizim ictimai fəaliyyətimizi daha geniş formatda aparılmasına zərurət bir yaranmışdı". Bunu SİA-ya ADR hərəkatının sədri Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Vətəndaş cəmiyyəti müəyyən çətinliklərlə üzləşirdi: "Biz belə qərara gəldik ki, ictimai hərəkat formasında bir ictimai birlik formalaşdıraq. Bu Azərbayanda iqtisadi, siyasi, sosial sahələrdəki taleyüklü məsələlərin həlli ilə bağlı öz tövsiyyələrini versin. Bu səbəbdən belə bir ADR hərəkatının yaradılmasına qərar verdik. Bizim hərəkatın əsas istiqaməti intellektual müstəvidə olacaq. Biz Azərbaycanın gələcəyinə alternativ baxışlar yaratmaq istəyirik. Bununla eləcə də Azərbaycanın taleyüklü məsələsi ilə bağlı öz proqramlarımızı və konsepsiyalarımızı işləyəcəyik. Bu fikirləri eyni zamanda ictimaiyyətlə müzakirə edib onların maarifləndirilməsinə çalışacayıq. Hərəkatımız ictimai yerinə və əlaqələrinə görə daha geniş sektoru əhatə edəcək. Bu hərəkatda kifayət qədər gənclər və müstəqil insanlar, ziyalılarımız təmsil olunur. Çalışırıq ki, onların potensialından Azərbaycan dövlətinin inkişafı üçün istifadə edək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB