Qubad İbadoğlu ADR hərəkatının sədri seçilib (YENİLƏNİB) FOTOLAR

Qubad İbadoğlu ADR hərəkatının sədri seçilib (YENİLƏNİB) FOTOLAR

Bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının l Təsis Konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə start verilib.

Tədbirdə ilk olaraq ADR Hərəkatının təşkilatlanmasına dair fotosüjet nümayiş etdirilib. Sonra Sədarətin, katibliyin, Redaksiya heyətinin və Mandat komissiyasının say tərkibinin müəyyənləşib və qonaqların təqdimatı olub.

Bundan sonra Təsis konfransına qədər görülmüş işlərə dair Təşkilat Komitəsinin (TK) adından TK-nın sədr müavini Vurğun Eyyub məlumat verib. Eləcə də təşkilati məsələlərlə bağlı Hərəkatın sədrinin, Nəzarət Təftiş Komisssiyasına, İdarə heyətinə və Ali Məclisə üzvlərin seçilməsi baş tutub.

Qubad İbadoğlu ADR hərəkatının sədri seçilib. O, ADR Hərəkatının yaranma zərurəti, məqsədləri, 2015-ci ildə fəaliyyət istiqamətləri və strategiyası ilə bağlı məruzə ilə çıxış edib. Bundan sonra yekun müzakirələr, qiymətləndirmələr olub.

Ceyhun Rasimoğlu, Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə