Mustafa Hacıbəyli: “Qubad İbadoğluya sadəcə bir söz demək istəyirəm” CAVAB

Mustafa Hacıbəyli: “Qubad İbadoğluya sadəcə bir söz demək istəyirəm” CAVAB

"Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) nə baş verir, nə baş vermir, mənim bundan qətiyyən xəbərim yoxdur". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli ADR-də yeni yaradılması planlaşşdırılan gənclər qolundan verilən istefaya münasibətini bildirərkən deyib.

Müsavat rəsmisi deyib ki, əslində, ADR-dəki istefa Qubad İbadoğlunun Müsavata Partiyasına yönəlik addımlarına olan bir cavabdır: "Qubad İbadoğluya sadəcə bir söz demək istəyirəm nə tökərsən aşına, o da çıxar qaşığına. Bu insanın məsul olduğu təşkilatda hamını itaətsizliyə çağırırdı, adamları istefaya təhrik edirdi. Bu gün həmin şeylər öz başına gəlir".

Mustafa Hacıbəyli ADR sıralarından çıxan gənclərin müsavatçı olduqlarını istisna etməyib: "İstefa verən gənclər hazırda Müsavatın üzvləridirlər".

Qeyd edək ki, ADR-in Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy hərəkatdan ayrılan gənclərin Müsavat rəhbərliyi tərəfindən göndərilən şəxslər olduğunu və təxribat məqsədi daşıdığını da istisna etməmişdi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə