"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrinin fəaliyyəti bir növ görüntü xarakteri daşıyır". Bu fikirləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu adıçəkilən qurumun fəaliyyətini şərh edərkən deyib.
Onun qeyd etdiyinə görə, real vəziyyət bundan ibarətdir ki, həmsədrlər işlərini bəyanatlar vermək və səfərlər həyata keçirməklə yekunlaşdırırlar: "Bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı irəliliyə doğru hər hansı bir addım atmayıblar. Düzdür, ATƏT-in Minsk qrupunun həmsədrləri regionda səfərdədilər. Təbii ki, həmsədrlərin bu səfərləri də əvvəlki səfərlər kimi sıradan bir səfər olacaq. Artıq dəfələrlə qeyd etmişik ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini təmin edəcək yeni nə isə təqdim etmirlər. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyət istiqamətləri mövcuddur. Bu istiqamət üzrə də, hərəkət etməlidirlər. Yəni yenilənmiş madrid prinsipləri mövcuddur və bu prinsiplər üzrə sülhə nail olmaq lazımdır".
Elşad Mirbəşiroğlunun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən tərəfləri davamlı olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara çağırır: "Amma bu hansı danışıqlar çağırışıdır, bax bu aydın təsəvvürlər formalaşdırmır. Sadəcə olaraq, fikirləşmək lazımdır ki, mövcud prinsiplər üzrə sülhə necə nail olmaq lazımdır. Bunun da yolu bəllidir. Yəni ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin kifayət qədər imkanları var ki, Ermənistanı mövcud prinsiplər üzrə hərəkət etməyə məcbur etsinlər".
Politoloq onu da bildirib ki, bu gün dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlardan yanaşır: "Bu günə qədər Azərbaycan torpaqlarının işğal altında qalmasının və Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi dünya birliyinin nümayiş etdirdiyi ikili standartlarıdır. Bu standartlar dəyişməlidir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB