Əli Əliyev: “Azərbaycanda ciddi siyasi proses başlayıb” AÇIQLAMA

Əli Əliyev: “Azərbaycanda ciddi siyasi proses başlayıb” AÇIQLAMA

"Azərbaycanda kifayət qədər ciddi siyasi proses başlayıb. Mən bunu siyasi münasibətlərin yeni mərhələsi hesab edirəm". Bunu SİA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev iqtidar-müxalifət dialoqunun əhəmiyyətindən danışarkən deyib.

VİP sədrinin sözlərinə görə, əgər bu proses davamlı xarakter alacaqsa və tərəflər iradə, siyasi yetkinlik nümayiş etdirəcəklərsə, bundan həm dövlət, həm də cəmiyyət bəhrələnə bilər: "Hesab edirəm ki, hər iki görüş məhsuldar keçib. Hələlik nəticələr haqqında danışmaq bir qədər tezdir. Ancaq münasibətlərin formalaşmasında müəyyən irəliləyişlər var. Əgər istiqamət bu cür qalacaqsa, iradə bu cür yüksəklikdə olacaqsa, inanıram ki, siyasi təşkilatlar arasında mövcud olan problemlər müəyyən qədər həll edilə biləcək. Hələlik bu günə kimi olan görüşlərdə hakimiyyət təmsilçisi kifayət qədər məhsuldar, açıq və şəffaf mövqe nümayiş etdirib".

Bütün xəbərlər Facebook səhifəmizdə