Siyavuş Novruzov: “Onlar xalqla bağlı olan partiyalar deyil”

Siyavuş Novruzov: “Onlar xalqla bağlı olan partiyalar deyil”

"Təəsüf ki, bəzi partiyalar həm legitimlikləri həm ayrı-ayrı xarici qüvvələrə çalışdıqlarına, həm ümummilli deyil ayrı-ayrı qüvvələrin maraqlarına xidmət etdiklərinə görə, həmin partiyaların mətbuat orqanları bu görüşlərin üzərinə kölgə salmağa çalışırlar". Bu fikirləri Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov səsləndirib.

S. Novruzov qeyd edib ki, halbuki dəfələrlə ATƏT-in və ya başqa-başqa təşkilatların keçirdiyi görüşlərdə canfəşanlıqla iştirak edirlər: "Lakin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların yığışaraq bir yerdə dövlət, ümumxalq, millət əhəmiyyətli məsələ müzakirə ediləndə onlar özlərini cəmiyyətdən, xalqdan, millətdən, dövlətdən kənar saxlayırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən öyrədilirlər. Azərbaycanın ümumxalq mənafeyini deyil, xarici qüvvələrin maraqlarını müdafiə edirlər. Çünki görüşdə həm Dağlıq Qarabağ, həm Xocalı faciəsi ilə bağlı, ayrı-ayrı siyasi partiyaların fəaliyyəti, seçki məsələləri müzakirə edilib. Əgər onlar özlərini bundan kənarda saxlayırlarsa, demək xalqla bağlı olan partiyalar deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə