Qabil Hüseynli: “Əhalinin psixologiyası pozulub”

"Ermənistan hakimiyyəti artıq iflasa uğrayır. Sarkisyan rejiminin elektral bazası tam şəkildə əriyib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, xüsusi ilə yerli ermənilərlə Dağlıq Qarabağdan gələn ermənilər arasındakı münasibətlər tam antaqonist bir vəziyyətə çatıb: "Onlar belə hesab edirlər ki, Dağlıq Qarabağdan olan ermənilər həm iqtisadiyyatı talayır, həm də biznes strukturları, siyasi hakimiyyət onların nəzarəti altındadır. Buna görə də yerli ermənilər uzun müddətdir ki, Sarkisyan rejimi ilə mübarizə aparırlar. Əlbəttə ki, Sarkisyan rejimini də müdafiə edən Rusiya hakimiyyətidir. Ancaq Sarkisyan da Rusiyanın dəstəyi ilə ona qarşı çıxan erməni əhalisini qırıb zorla özünə tabe edəcək deyil. Artıq bir neçə aydır ki, Ermənistanda mitinqlərin ardı-arası kəsilmir. Müxalifət də Sarkisyana qarşı birləşərək onu devirmək taktikasını seçib. Belə olan halda ölkədə psixoloji vəziyyət pozulub və əhali sözün əsl mənasında rejimə nifrət edir. Sarkisyanı devirəcəklərini və onu ölkədən qovacaqlarını açıq şəkildə bəyan edirlər. Mənim fikrimcə Ermənistanda artıq siyasi böhran yetişib. Hələ ki, Sarkisyanın polis orqanları ayrı-ayrı aksiyaların qarşısını ala bilir amma mənim fikrimcə prosseslər son nəticədə Sarkisyan rejiminin hakimiyyətdən getməsi ilə nəticələnəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...