"Küçə səviyyəsində belə siyasət aparmağı bacarmayan insanların möhtərəm Prezidentimiz kimi mükəmməl bir diplomatın, qlobal səviyyədə zəngin siyasi təcrübəyə malik olan bir insanın çıxışlarına münasibət bildirməsi heç cür qəbul edilə bilməz". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, bu bir daha sübut edir ki, bəzi müxalifət dairələri nə dərəcədə geri zəkalıdırlar: "Möhtərəm Prezidentimizin Münxendəki zəngin siyasi təcrübəyə əsaslanan çıxışını heç bir siyasi təcrübəyə malik olmayan şəxslər tərəfindən analiz edilməsi çox gülünc görünür. Almaniyadakı çıxışında hörmətli Prezidentimiz onu provakasiyaya çəkmək istəyənləri öz unikal çıxışı ilə susdurdu və bir daha regionda sülhün bərqərar olmağının vacibliyini dəfələrlə vurğuladı. Ölkə Prezidenti cənab İlham Əliyevin özü də qeyd etdi ki, əgər vaxtına erməni işğalçılarına dünya birliyi layiqli cavabı versəydi, indi regionda bu cür konfliktlər mövcud olmazdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB