"Bu gün Ermənistandakı iqtisadi durum, siyasi sabitliyin olmaması, hakimiyyətlə xalq arasındakı uçurum Dağlıq Qarabağ erməniləri ilə İrəvan erməniləri arasındakı ziddiyyətlər nəhayət, ermənilərdə bu ölkədə uzun müddət rəvan həyat olmayacağı düşüncəsi yaradır və təbii olaraq onlar Ermənistandan köç edirlər". Bunu SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.
Millət vəkili qeyd edib ki, Ermənistanda tarixən bu problem yaşanıb: "Ermənistanda hər zaman ayrı-ayrı ölkələrə meyllilik olub. Yəni, onlar qazanc arxasınca gediblər. Amma bu gün yaşamaq məcburiyyəti erməniləri xarici ölkələrə getməyə sövq edir. Ermənilərin köçü Ermənistan hakimiyyətinə də sərf edir. Yəni nə qədər insan az olsa, bir o qədər idarəetmə asandır. Qarabağ kartı üzərində hakimiyyətə gələn Ermənistan iqtidarı sadəcə hakimiyyətlərinin ömrünü uzatmaqla məşğuldur. Ona görə də ermənilər ölkəni tərk edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB