Hərbi eskpert: “Biz bu prosesləri gördüyümüz zaman şükür edirik” AÇIQLAMA
"Heç şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinin İŞİD-ə qarşı bombardmanları qanunsuz adlandırması ABŞ və Avropaya bir hədə mesajıdır". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.
Hərbi ekspertin sözlərinə görə, bu gün Rusiya ilə ABŞ və Qərb arasında böyük uçurum yaranıb: "Təbii ki, bu da dünya üçün təhlükədir. Ümumiyyətlə Ukrayna hadisələrindən sonra bu məsələ çox dərinləşib. Çox təəssüf ki, bütün bunların əziyyətini kiçik dövlətlər və dünya əhalisi çəkir. Heç kimə sirr deyil ki, bu gün Ukrayna və Yaxın Şərq əhalisi çox əziyyətə qatlaşıb. İŞİD kimi terrorçu təşkilatların yaranmasının özü belə şübhə yaradır ki, onlar dünyanın ən müasir silahlarını haradan əldə edirlər. Təbii ki, bunların hər biri hansısa böyük dövlətlərin maraqlarına xidmət edir. Sanki bu böyük dövlətlər istəmir ki, dünyada öz maraqları naminə bir sabitlik, stabillik olsun. Biz bu prosesləri gördüyümüz zaman şükür edirik ki, Azərbaycan dövləti, cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin qurduğu siyasəti uğurla davam etdirir. Bu gün bizim müasir ordumuz var və ölkəmizə qarşı atılan hər hansı bir təxribatın qarşısını almağa qadirdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB