Mübariz Əhmədoğlu: “Bunlar ABŞ-ın zəifliyindən xəbər verir” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Bunlar ABŞ-ın zəifliyindən xəbər verir” AÇIQLAMA

"ABŞ-ın dövlət rəsmilərinin rəqibə qarşı müxtəlif vasitələrdən istifadə etməsi Amerikanın Rusiya qarşısında acizliyinin göstəricisidir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Pentaqonun Rusiya prezidenti Vladimir Putinin ağır psixoloji sarsıntıda olması ilə bağlı iddialarına münasibət bildirərkən deyib.

Mərkəz sədrinin sözlərinə görə, ABŞ dünyanın bir nömrəli dövlətidir: "Sabah da Rusiyadan kimsə çıxıb deyə bilər ki, Amerika heç bizim xəstəmizin qabağında dayana bilməz. Bu mənada hesab edirəm ki, bütün bunlar Amerikanın zəifliyindən xəbər verir. ABŞ bəlkə də elə onuncu dövlətdir ki, (Ukrayna da daxil) onu bədbəxt gününə salır. Belə vəziyyətdə Ukrayna Avropanın ortasındadır. Əfqanıstan, İraq, Somali, Liviya və s. əgər bu dövlətlər Avropanın məkanından kənarda idisə, onda da Ukrayna Avropanın ortasında dayanır. ABŞ başa düşür ki, Ukraynadakı proseslər uzun müddət Amerika üçün başağrısı olacaq və ABŞ-Avropa münasibətlərində gərginlik yaradacaq. Ona görə də rəsmi Vaşinqton yol verilən və verilməyən bütün vasitələrdən Rusiyaya qarşı mübarizə aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə