"Obama ABŞ-ın ən yarıtmaz dövlət başçısıdır" MÜNASİBƏT

"Obama ABŞ-ın ən yarıtmaz dövlət başçısıdır" MÜNASİBƏT

"Prezident İlham Əliyevlə Berlindəki görüşdə olduğu kimi, ötən gün Macarıstandakı çıxışında da Almaniya kansleri Angela Merkel Azərbaycanın reallaşdırdığı qaz kəməri layihəsinin onun ölkəsi və bütövlükdə Avropa üçün böyük önəm daşıdığını vurğuladı. Bunu ona görə qeyd etməyi vacib bilirəm ki, Amerika Xarici Siyasət Şurasının Avropa və Avrasiya üzrə aparıcı tədqiqatçısı sayılan E. Wayne Merry onun ölkəsinin gözündə Azərbaycanın çəkisinin get-gedə azaldığını deyir". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində məlumat paylaşıb.

Millət vəkilinin sözlərinə görə, onun "Amerikanın səsi" radiosuna verdiyi intervüdən belə anlaşılır ki, cənabın bu açıqlaması həqiqəti dilə gətriməkdən çox, müstəqil siyasət yeridən bir ölkəni "yerində oturtmaq" istəyindən qaynaqlanır: "E. Wayne Merry və onun açıqlamalrını Azərbaycanda böyük həvəslə yayanlar bir şeyi unudurlar ki, bu dövlətin rəhbərliyi ölkənin önəmini hər hansı bir ekspert açıqlamasıyla deyil, reallığa dayanaraq qiymətləndirir və buna da uyğun siyasət aparır. Reallıq isə bundan ibarətdir ki, Azərbaycanın regionda əhəmiyyəti hər ötən il bir az da artır. Və kim bu gerçəkliyi dəqiq qiymətləndirə bilmirsə, yaxud qiymətləndirərkən E. Wayne Merry sayaq adamların rəyinə əsaslanırsa, nəticə özü üçün heç də ürəkaçan olmur".

S.Aliyev deyib ki, ötən gün Vaşinqtonda Kennan İnstitutunun təşkil etdiyi "Ukraynadan sonra Cənubi Qafqazda təhlükəsizlik və energetika məsələləri" mövzusundakı konfransda çıxış edən əksər amerikalı ekspertlər Vaşinqtonun hazırda yeritdiyi siyasətin Amerikanın Güney Qafqazda təsirinin get-gedə azalmasına aparıb çıxardığını bildirdilər: "E. Wayne Merrydən fərqli olaraq bunda da ilk növbədə regiondakı vəziyyəti düzgün qiymətləndirməyi bacarmayan Obama administrasiyasını suçlandırdılar. Obama administrasiyasının düzgün xarici siyasət aparmadığını ölkəsindəki sorğular da təsdiqləyir. Rəyi öyrənilən amerikalılar məhz ilk növbədə yeritdiyi xarici siyasətə dayanaraq Obamanı ikinci dünya savaşından bu günə kimi Amerikanın ən yarıtmaz dövlət başçısı kimi qiymətləndirirlər. Məncə, artıq şərhə ehtiyac yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə