Musa Qasımlı: “O, təcavüzkar ilə təcavüzə məruz qalan arasında fərqi görməlidir” AÇIQLAMA

Musa Qasımlı: “O, təcavüzkar ilə təcavüzə məruz qalan arasında fərqi görməlidir” AÇIQLAMA

"AŞPA-da polşalı parlamentar Tadeuş İvinski həqiqətən Ermənistanın tcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, o zaman ilk növbədə təcavüzkar ilə təcavüzə məruz qalan arasında fərqi görməlidir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Tadeuş İvinskinin Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilməsinə və onun Dağlıq Qarabağ münaqişəsinin həllində oynayacağı rola münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, həmməruzəçi hansı ölkənin ərazisinin işğal edildiyini vurğulamalı, eləcə də hansı ölkədə insanların doğma yaşayış yerlərindən qovulduğunu göstərməlidir: "Əgər həmməruzəçi Avropa Şurasına nüfuz qazandırmaq istəyirsə, mütləq şəkildə gerçəkilikləri yazmalıdır. Gerçəklik isə ondan ibarətdir ki, Ermənistan təcavüz edərək Azərbaycan ərazilərini işğal edib və münaqişənin həllindən ötrü ilk növbədə işğal faktı aradan qaldırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə