YAP-çı deputatdan müxalifətə sərt ittihamlar

Aydın Mirzəzadə: “Müxalifət partiyalarının qanuna hörmətsizliyi maliyyə hesabatlarını təqdim etməməsindən hiss olunur”
YAP-çı deputatdan müxalifətə sərt ittihamlar

"Yeni Azərbaycan Partiyası (YAP) qanunçuluğa hörmət edən və fəaliyyətini hüquq normaları üzərində quran siyasi təşkilatdır. Hesab edirəm ki, partiyanın əldə etdiyi uğurların bir səbəbi də budur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

A. Mirzəzadə qeyd edib ki, YAP vaxtaşırı özünün statistik maliyyə hesabatını cəmiyyətə açıqlayır: "Eyni zamanda gəlirlərinin mənbəyini, bu gəlirləri hara xərcləməsi barədə cəmiyyəti məlumatlandırır. Artıq bu bir ənənə halını alıb. Ancaq, bizdən fərqli olaraq müxalifət partiyaları qeyd etdiyim məsələləri etmək həvəsində deyil. Hakimiyyəti qeyri-obyektivlikdə tənqid edən, özlərini isə demokratik dəyərlərin carçısı hesab edən müxalif partiyalar bir dəfə də olsun cəmiyyətə maliyyə mənbələri barədə məlumat verməyiblər. Bir qayda olaraq onlar imkansız şəxsləri öz ətraflarında birləşdirdiklərini bəyan edirlər. Amma, bununla belə qərargahlarının, çoxsaylı aparatlarının, texniki imkanlardan istifadənin nə hesabına əldə olunduğu barədə hər hansı bir məlumat verilmir. Yəni, bunun özü hakim partiya olan Yeni Azərbaycan Partiyası ilə müxalifət partiyaları arasında kəskin fərqlər olduğunu göstərir. Yeni Azərbaycan Partiyası qanunlara hörmət edən partiyadır. Müxalifət partiyalarının qanuna hörmətsizliyi maliyyə hesabatlarını təqdim etməməsindən hiss olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə