Aydın Hüseynov: "Azərbaycanda YAP-a alternativ ola biləcək ikinci bir partiya yoxdur"
"Yeni Azərbaycan Partiyasının hər il verdiyi maliyyə hesabatı və şəffaflığı xalqın YAP-a olan inamını artırır". Bu fikirləri SİA-ya YAP Siyasi Şurasının üzvü, partiyanın iqtisadi məsələlər komissiyasının sədrinin müavini, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyanın ötən gün keçirdiyi iclasında qəbul edilən qərarlara və maliyyə hesabatına münasibətini bildirərkən deyib.
"Məhz buna görə də, cəmiyyətin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi nəinki ölkəmizdə, eləcə də, Cənubi Qafqazda lider təşkilatlardan hesab olunur"-deyə vurğulayan Aydın Hüseynov, eyni zamanda bildirib ki, YAP bu nailiyyətlərini xalqa və dövlətə müsbət xidmətləri ilə əldə edib: "Bu gün Yeni Azərbaycan Partiyası xarici ölkələrin sağ mərkəzçi hakim partiyaları ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Bu baxımdan, demək olar ki, Azərbaycanda YAP-a alternativ ola biləcək ikinci bir partiya yoxdur. İnsanlar YAP-a inanır və etibar edirlər. Azərbaycanda fəaliyyət göstərən bir çox siyasi partiyalar mövcuddur ki, həmin partiyaların təşkilatlanma prosesləri daim ictimaiyyətin diqqət mərkəzində olub. Lakin ölkədə elə siyasi partiyalar da mövcuddur ki, həmin partiyaların fəaliyyətləri arxasında qeyri-şəffaflıq, demokratik prinsiplərdən kənar meyillər müşahidə edilir. Bu cür siyasi təşkilatlar, əsasən, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalardır ki, onların fəaliyyət istiqamətləri, maliyyə hesabatları və digər amilləri ictimaiyyətdən gizlin saxlanılır. Bu isə, bir daha onu deməyə əsas verir ki, əsasən, müxalifət partiyalarına aid olan siyasi təşkilatlar gəlir mənbələrini xalqdan gizlətməklə, hansı istiqamətdə fəaliyyət göstərmələrini faş edirlər. Daha dəqiq desək, zaman-zaman bu kimi müxalifət partiyalarının apardıqları anti-dövlətçilik siyasətin arxasında müəyyən qaranlıq, qeyri-şəffaf məqamlar dayanır ki, bu da onların bəzi xarici dairələr tərəfindən qeyri-qanuni maliyyələşmələrini təsdiqləyir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının şəffaf fəaliyyəti daim xalq tərəfindən yüksək qiymətləndirilməkdədir".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB