Partiya sədri: “Radikal müxalifət başsız qalıb”

Partiya sədri: “Radikal müxalifət başsız qalıb”

"Bir il öncəyə qədər radikal müxalifət əhəmiyyətli dərəcədə xarici təşkilatlardan asılı idi. Amma, indi xarici təşkilatlar belə onlara yaxın durmurlar". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

T. Kərimli bildirib ki, artıq xarici təşkilatlarda onların sosial bazaya malik olmadıqlarını görürlər: "Özlərini nə qədər xarizmatik lider obrazında göstərməyə çalışsalar da, xalq ətraflarından qaçır. Bir il öncə gənclərin bəziləri onlara inanırdı. Bu gənclər gördülər ki, onlardan yalnız məqsədlər üçün istifadə olunur. Ona görə gənclər də onların ətrafından dağılmağa başladılar".

Onun sözlərinə görə, artıq radikal müxalifət xarici qeyri hökumət təşkilatları vasitəsi ilə maliyyələşmə imkanlarını da itirib: "Bir növ bu gün radikal müxalifət başsız qalıb. Nə qədər vurnuxsalar da, heç nə alınmır. Məsələn, ötən bələdiyyə seçkilərində heç bir uğur qazanmadılar. Ancaq, indi parlament seçkilərinə hazırlıqdan dəm vururlar. Ona görə də bu gün radikal müxalifət xarici himayədarlar axtarışındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə