Fəzail Ağamalı: “Azərbaycan Ermənistana dərs vermək iqtidarındadır” MÖVQE
"Ermənistanın bu addımı artıq həyasızlığın son həddidir. Azərbaycan torpaqlarını işğal etdikləri azmış kimi, öz torpaqlarımızdan silahlı qüvvələrimizə qarşı təxribatlar törədir". Bu fikirləri SİA-ya millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Ermənistanın Azərbaycana qarşı qondarma cinayət işi açmasına münasibətni bildirərkən deyib. "Ordumuz bu təxribatların qarşısını almaq istədikdə isə ortaya tamam mənzərə çıxarmağa çalışırlar"-deyən millət vəkili bildirib ki, bundan nəticə çıxarmaq əvəzinə, belə addım atırsa Ermənistan hakimiyyətinin ciddi psixoloji sarsıntılar keçirdiyini göstərir: "Məhz bunun nəticəsidir ki, dünya praktikasında heç zaman olmayan sərsəm fikirlərlə çıxış edirlər. Bu gün Azərbaycan tərəfi sözün həqiqi mənasında Ermənistana dərs vermək iqtidarındadır. Buna onların qətiyyən şübhəsi olmasın. Çünki işğalçı dövlət bütövlükdə Rusiyanın gürovundadır. Hazırkı kriminal, cinayətkar rejim Rusiya-Ermənstan münasibətlərindəki gərginliyi pərdələmək istəsə də, bu mümkün olmayacaq. Çünki Rusiya Ermənistana öz vilayətlərindən biri kimi yanaşır və bütün sahələrdə özündən asılı vəziyyətə salıb".
Ermənistanın Azərbaycana qarşı cinayət işi açmasında Gümrü hadisələrinin də rol ala biləcəyi ehtimalını doğru hesab etməyən Fəzail Ağamalı bildirib ki, Gümrüdə baş verən cinayət hadisəsinin tam təfərrüatlarının açılması onların marağında deyil: "Ermənistan daha çox xalqın fikirlərini cəbhə xəttinə yönəltməklə hadisənin mahiyyətini itirməyə çalışırlar".
Xatırladaq ki, Ermənistan tərəfi son zamanlar Azərbaycana qarşı işğalçılıq siyasətini daha da intensivləşdirərək, cəbhə xəttində təxribatlar həyata keçirib. Azərbaycan silahlı qüvvələrinin layiqli cavabı sayəsində erməni əsgərləri həyatlarını itiriblər. Nəticədə Ermənistan Azərbaycana qarşı qondarma iddia ilə cinayət işi açıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB