Almaniya hökuməti qondarma "erməni soyqırımı" iddialarını rədd edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunur.
Almaniya Parlamentində təmsil olunan və ana müxalifət partiyası hesab olunan Sol Partiya parlamentin 1915-1916-cı illərdə ermənilərlə bağlı baş verən hadisələri soyqırım olaraq görürmü sualı ilə müraciət edib.
Almaniya Xarici İşlər Nazirliyi hökumət adından verdiyi açıqlamada 1915-1916-cı illərdə ermənilərlə bağlı baş verən hadisələri soyqırım adlandırılmasına qarşı olduğunu bildirib.
Almaniya Xarici İşlər Nazirliyi bu hadisələrə qiyməti tarixçilərin verə biləcəyini vurğulayaraq, Türkiyənin mövqeyini müdafiə edib.
Qeyd edək ki, Almaniya Xarici İşlər Nazirliyinin qondarma "erməni soyqırımı" iddialarına münasibəti 4 maddədən ibarətdir.
1. 1915-1916-cı il hadisələri ilə bağlı məsələni Türkiyə və Ermənistan öz aralarında həll etməlidir.
2. Hadisələrin soyqırım olub-olmadığını tarixçilər araşdırmalıdır.
3. Soyqırımla bağlı Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul etdiyi və 1951-ci ildən qüvvəyə minən qərarı var. Bu qərar Almaniyada 1955-ci ilin 22 fevralından qüvvədədir. Bu qərara dönük çıxmamız doğru deyil.
4. 1915-1916-cı il hadisələrinin 100-cü il dönümü ilə bağlı ermənilərin keçirəcəyi tədbirlər barədə bizə məlumat verilib. Ancaq, Almaniya hökumətinin hələlik bu məsələ ilə bağlı hər hansı bir anma tədbiri keçirmək planı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB