Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilən əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB