Prezident Davosda Jan-Pyer Talamoni ilə görüşüb FOTO

Prezident Davosda Jan-Pyer Talamoni ilə görüşüb FOTO

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Airbus Group International" şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı "Azərbaycan Hava Yolları" QSC ilə "Airbus Group International" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə