Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərə qatılacaq

Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərə qatılacaq

Yanvarın 19-dan 23-dək Hohenfels (Almaniya) şəhərində "Combined Resolve-4" təliminin əsas planlaşdırma konfransı, yanvarın 19-dan 30-dək Buxarest (Rumıniya) şəhərində təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya üzrə ixtisas artırma kursu, yanvarın 19-dan fevralın 13-dək Kollinqvud (Böyük Britaniya) şəhərində zabitlər üçün eksklüziv iqtisadi zonanın mühafizəsi kursu keçiriləcək. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə