"Azərbaycanda davam edən siyasi və iqtisadi stabilliyi pozmaq marağında olan qüvvələr regionda yaranmış durumu dəyişməyə cəhd edə bilərlər". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanın yüksəlişinə qarşı olan qüvvələr radikal dini qruplardan istifadə edərək mövcud durumu dəyişəməyə yönəlik addımlar da ata bilərlər: "Amerika və Avropa birliyi ölkələri Azərbaycanda siyasi stabilliyin qorunub saxlanmasında maraqlı olduqlarını əməldə sübut ediblər. Buna misal olaraq, ölkəmizlə bağlanan kontraktları, təşkil olunan beynəlxalq seminarları, mədəni tədbirləri və böyük çaplı idman oyunlarını göstərmək olar. Lakin əsas təhlükənin haradan gələ biləcəyini ehtimal etmək heç də çətin deyil. Azərbaycan üçün əsas həyatı məna kəsb edən Dağlıq Qarabağ münaqişəsinin həllinə qarşı olan qüvvələr təbii ki, bu təhlükənin episentrindədir. Bu qüvvələr Azərbaycana qarşı açıq surətdə hücuma keçə bilməsələr də, dolayısı yolla Ermənistan adına torpaqlarımızın işğalını gerçəkləşdirərək vəziyyəti son dərəcə kritik saxlamağa nail olublar".
V. Əfəndiyev hesab edir ki, Suriya və İraqda cəmləşən radikal dini qruplaşmaların tərkibində Rusiyanın Şimali Qavqaz və İranın radikal şiyə qruplaşmaları çoxluq təşkil edir: "O zaman ölkəmizin bu məngənə arasında yerləşməsi bizi ikiqat ehtiyatlı olmağa sövq etməlidir. Zəif duruma düşmüş Ruisya və İranın məngənəsindən qurtulmaq və cəhənnəmə gedənə yoldaş olmamaq üçün Azərbaycan düzgün siyasi kurs götürməli və daxili siyasi stabilliyi qorumaq üçün gərəkli addımları atmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB