Milli Məclisdən Oqtay Əsədova TƏBRİK

Milli Məclisdən Oqtay Əsədova TƏBRİK

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament üzvləri spiker Oqtay Əsədovu "Şərəf" ordeni ilə təltif edilməsi və 65 illik yubileyi münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, təbriki Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov səsləndirib.

E.İbrahimov deyib: "10 ilə yaxındır ki, Azərbaycan Milli Məclisinə sədrlik edirsiniz. Rəhbərliyiniz altında parlament beynəlxalq təşkilatlar və digər qurumlarla sıx əlaqələr qurub. Respublika və xalqın xeyrinə qərarların qəbul edilməsində xidmətləriniz əvəzsizdir. Bu illər ərzində ölkə başçısı tərəfindən uğurla həyata keçirilən siyasi xətti dəstəkləmisiniz. Azərbaycan Prezident İlham Əliyevin sizi "Şərəf" ördeni ilə təltif etməsi əlamətdar hadisədir. Bütün həmkarlarım adından sizin yubileyi və təltif olunma münasibəti ilə təbrik edirəm. Arzu edirik ki, 80 illik yubileyinizi də məhz bu zalda və bu vəzifədə qeyd edək".

Spiker Oqtay Əsədov isə təbrikə görə təşəkkür edərək deyib: "Bir neçə dəqiqə əvvəl ölkə başçısı ilə görüşdüm və "Şərəf" ordenini mənə təqdim etdi. Təqdimat zamanı ölkə başçısı mənə dedi ki, onun adından Milli Məclisin bütün üzvlərini Yeni il bayramı münasibəti ilə təbrik edim".

Bütün xəbərlər Facebook səhifəmizdə