Elçin Mirzəbəyli: “Əfv fərmanının imzalanması media nümayəndələri üçün ikiqat bayramdır”
"Azərbaycan prezidenti cənab İlham Əliyev mütamadi olaraq əfv fərmanı imzalayır. Bu artıq ölkəmizdə ənənəvi bir hadisəyə çevirilib". Bu sözləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, bu fərmanın imzalanması Azərbaycan dövlətinin humanizm prinsiplərindən xəbər verir: "Ümumiyyətlə, dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər öz vətəndaşlarına humanist yanaşma nümayiş etdirilmir. Prinsip etibarı ilə analoji halın hər hansısa bir dövlətdə təkrarlandığını görmək mümkün deyil. Mən inanıram ki, əfv olunan insanlar da Azərbaycan dövlətinin onlara olan münasibətindən dərs çıxaracaqlar və bundan sonra ölkəmizin mənafelərinin möhkəmlənməsinə xidmət edəcəklər. Əfv fərmanının siyahısında media nümayəndələrinin olması da Azərbaycan media təmsilçiləri üçün ikiqat bayram xarakteri daşımalıdır. Ümumiyyətlə, Azərbaycan dövləti ölkəmizdə medianın inkişafına çox böyük diqqət ayırır. Baxmayaraq ki, əfv olunan jurnalistlər peşə fəaliyyətinə görə həbs olunmamışdılar, buna baxmayaraq dövlət başçısı onları əfv etməklə mətbuata, fikir və söz azadlığına olan diqqətini bir daha nümayiş etdirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB