Şahin Mustafayev: "Son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilib"
"Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün bu rəqəm 80 faizin üzərindədir". SİA-nın məlumtatına görə, bunu bu gün "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev deyib.
Şahin Mustafayev deyib ki, son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilib. 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, ümumdaxili məhsul istehsalı 3 dəfə artıb: "Son illər dünyanın bir çox ölkələrində yaranan iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Dünya iqtisadiyatında cərəyan edən böhranın Azərbaycana təsirinin qarşısının alınmasında ölkə başçısı İlham Əliyevin xüsusi tapşırıqları var. Ölkədə qeyri-neft sektorunun inkişafı göz qabağınadır. Eyni zamanda metallurgiya sahəsində yeni inkişaf mərhələsini qeyd etmək yerinə düşər. Son illər yüzlərlə müəssisə açılıb. Qeyri neft sənayesi 2,2 dəfə artıb. Bu ilin sənaye ili elan edilməsi ölkədə sənayenin inkişafını sürətləndirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB