Leninqrad qubernatoru Azərbaycan dövlət başçısını təbrik etdi

Leninqrad qubernatoru Azərbaycan dövlət başçısını təbrik etdi

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən ali dövləti fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər arzu edirəm. Qoy, bu əlamətdar günün xoş əhval-ruhiyyəsi Sizə yeni qüvvə və enerji bəxş etsin. Sizə möhkəm cansağlığı, firavanlıq, uğurlar və xoşbəxtlik arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə