Ağcabədi
23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Təşkilatın Seçki Qərargahı bələdiyyə üzvlüyünə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin Ağcabədi rayon Hindarx qəsəbəsində və İmamqulubəyli kəndində seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının baş təlimatçısı Səfər Səfərov 23 dekabrda ölkəmizdə çox mühüm bir kampaniyanın keçiriləcəyini qeyd edərək yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin vəzifələrindən danışıb. Qeyd edib ki, bu qurumun fəaliyyəti xalqa səmərəli xidmət göstərmək və yerli sosial məslələrin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. O, çıxışında sabit, əmin-amanlığın hökm sürdüyü bir ölkədə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağına əmin olduğunu bildirib: "YAP bugünədək keçirilən bütün seçkilərdə qələbə qazanmağı bacarmış, ölkəmizin siyasi arenasında öz siyasi fəallığı ilə lider partiya olduğunu dəfələrlə sübut etmişdir. Bu gün Yeni Azərbaycan Partiyası öz qüdrəti və gücü ilə xalq-iqtidar vəhdətinin bariz nümunəsidir. Qarşıda isə bu möhtəşəm partiyanı daha böyük uğurlar gözləyir".
Tədbirdə Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyəyə namizədlikləri irəli sürülən Kifayət Kərimova, Aytel Ələkbərova, Akif Qasımov, Allahverən Ələkbərov, Təvəkkül Abbasov və başqaları çıxış edərək seçiləcəkləri təqdirdə görəcəkləri işlər barədə məlumat veriblər. Yeni Azərbaycan Partiyasının onlara göstərdiyi böyük etimaddan qürur duyduqlarını qeyd edərək, bu etimadı doğruldacaqlarını bildiriblər.
Görüşdə Hindarx ərazi ilk partiya təşkilatının fəallarından Gülyanaq Hüseynova, Hicran Ağayeva, Kəmalə İsgəndərova çıxış edərək son on il ərzində Azərbaycanın dünyada ən sürətli templə inkişaf etdiyini bildirib və əldə edilən uğurların xalqımızın sosial-rifah halının daha da yaxşılaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına istiqamətləndiyini diqqətə çəkiblər.
Çıxış edən seçicilər Rəşad Rəhimov, Rövşən İsmayılov və digərləri bələdiyyə seçkilərində də ölkəmizi daha böyük uğurlara, daha böyük zəfərlərə aprara biləcək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
İsmayıllı
YAP İsmayıllı rayon təşkilatı Seçki Qərargahı Basqal qəsəbəsi Zeyvə və Sulut kənd bələdiyyəsinə, Yeniyol, Gəndov Qaraqaya kəndlərində Təzəkənd kənd bələdiyyəsinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərlə seçicilərin görüşünü keçirib.
Tədbirləri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatı Seçki Qərargahının sədri Əzizə Vahabova qeyd edib ki, inkişaf dinamikasına görə dünya dövlətləri arasında liderlər sırasında yer alan və bu sahədə mövqeyini daim gücləndirməkdə olan Azərbaycan regionda həyata keçirilən transmilli layihələrin əsas təkanvericisi hesab olunur: "Artıq regionda Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı transmilli xarakter daşıyan layihənin reallaşmasından söhbət gedə bilməz. Müstəqillik tariximizin başlandığı gündən indiyə qədər olan zaman kəsiyində Cənubi Qafqazda həyata keçirilən regional layihələrə diqqət yetirdikdə də Azərbaycanın burada nə qədər mühüm rola malik olduğunu əyani şəkildə görmək mümkündür. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial - iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcı, düşünülmüş şəkildə uğurla davam etdirilir".
Görüşlərdə Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlər Yeganə Ağayeva, Qənirə Feyzullayeva, Rəşad Nağıyev, Ziba Baxışova, Elçin Nurməmmədov, Seyidalı Əliyev, Vüsalə Bağırova, Aysel Bağıyeva və başqaları çıxış edərək ölkəmizdə gənclərə və qadınlara, hər bir Azərbaycan vətəndaşına göstərilən dövlət qayğısından, onların dövlət və bələdiyyə orqanlarında daha yüksək pillələrə irəli çəkilməsi istiqamətində görülən işlərdən danışıblar. Namizədlər onlara göstərilən bu diqqət və etimada görə, Yeni Azərbaycan Partiyasına, onun Sədri Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Rifah və quruculuq naminə yaşadıqları ərazilərdə yerli idarəetmə orqanlarının fəaliyyətinin yenidən qurulması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Seçicilər adından Xuraman Qurbanova, Ofeliya Qəhrəmanova, Əlibala Şıxıyev, Əjdər Tağıyev, İnqilab Abdulov və başqaları çıxış edərək qeyd ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi potensialının gücləndirilməsi, vətəndaşların maddi rifahının yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi yolu ilə yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, yüz minlərlə yeni iş yerləri açılmış və işsizlik, yoxsulluq problemlərinin həlli yönümündə olduqca ciddi addımlar atılmışdır. Seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində də bu siyasətin davamına səs verərək Sədri Cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına olan inamlarını yenidən ifadə etməklə onun təmsilçilərinə səs verəcəklərini bildiriblər.
Suraxanı
Dekabrın 17-də YAP Suraxanı rayon təşkilatının Seçki Qərərgahında Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə namizədliyi irəli sürülmüş gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının Seçki Qərargahının sədri Vüqar Seyidov Azərbaycanın ictimai-siyasi həyatına nəzər salıb inkişaf edən ölkənin reallıqlarını diqqətə çəkdi. O, Azərbaycanın qısa bir tarixdə əldə etdiyi uğurların nəticəsi olaraq, ölkəmizin dünya dövlətləri sırasında böyük nüfuz sahibi olduğunu qeyd etdi. Bütün bunlarla yanaşı, Azərbaycanda gənclər siyasətinin də dövlət tərəfindən uğurla həyata keçirildiyini vurğuladı:"Azərbaycan gənclərinin ölkəmizin inkişafında iştirakını və məsuliyyətini daha da artırmaq, gənclərin qərar qəbulu səviyyəsində iştirakını təmin etmək kimi vacib məsələlərin təməli Ulu Öndər tərəfindən böyük uzaqgörənliklə qoyulmuşdur. Bu gün bu məsələlərin daha geniş səpkidə inkişafı ölkə Prezidenti İlham Əliyevin apardığı dövlət gənclər siyasətində özünü göstərməkdədir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamları əsasında reallaşır. Bütün bunların müqabilində Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təminatı baxımından gücünü və potensialını səfərbər etməsi prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub".
V.Seyidov bildirdi ki, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak etdiyindən onlar ölkədə demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, ölkəmizin zəngin irsinin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqə olduğundan dövlət tərəfindən gənclərin qabiliyyət və intellektual imkanlarının üzə çıxarılmasına geniş imkanlar açılır:"Bələdiyyə seçkilərində onların partiya tərəfindən namizədliyin irəli sürülməsi ölkənin gələcək inkişafında onların iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü siyasətin məntiqidir. Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən minlərlə gənci öz ətrafında birləşdirən mükəmməl qurulmuş siyasi sistemdir. Gənclərin seçdiyi bu partiya ölkəmizin müstəqillik tarixində, ölkəmizdə hüquqi-dövlət quruculuğu sahəsində böyük işlərə imza atmışdır. YAP sıralarına daxil olmaqla gənclər həyatlarında ən düzgün qərarlarından birini qəbul ediblər. Gənclərin partiya sıralarına axınının surətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti sahələrində atılan məqsədyönlü addımlar xüsusi əhəmiyyət kəsb edir. Bu gün rayon təşkilatında gənclərin sayı 3065 nəfərdir. Suraxanı rayonu 6 qəsəbə üzrə YAP tərəfindən 38 nəfər gəncin namizədliyi irəli sürülüb. Hər bir namizədə uğurlar arzulayıram".
Görüşdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva gənclərin cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışaraq, yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəslinin formalaşdığını bildirdi. Son illər gənclər qarşısında qoyulan bütün məsuliyyətli işlərin yüksək səviyyədə həyata keçirildiyin vurğuladı. O, gənc idmançılarımızın qələbələrini, gənc siyasətçilərimizin uğurlarını, gənc əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidmətlərini və digər sahələri nümunə çəkərək onlara böyük etimad və inam olduğunu bildirdi. Millət vəkili üzünü gənc qnamizədlərə tutuaraq partiyanın göstərdiyi etimadı əməli fəaliyyətləri ilə doğrultmağı tövsiyə etdi.
Görüşdə çıxış edən YAP Nərimanov rayon gənclər birliyinin sədri Yusif Babanlı dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdan danışaraq Azərbaycanın durmadan inkişafı, dünya dövlətlərinə inteqrasiya prosesinin sürətlənməsi, iqtisadi yüksəliş kimi nailiyyətlərin gəncliyin qarşısında prespektivlər açmaqla yanaşı, onları stimullaşdırır.
Görüşdə partiya tərəfindən bələdiyyə sekçilərinə namizədliyi irəli sürülən Kənan Kərimov, Şəmsi Gülverdiyev çıxış edərək özləri haqda qısa şəkildə məlumat verdilər. Qeyd olundu ki, bu seçkilərdə iştiraklarından qürur duyurlar və seçkilərin ədalətli, demokratik şəkildə rəqabət mühitində keçəcəyinə inandıqlarını bildirdilər.
Seçicilər adından BDU-nun III kurs tələbəsi Nigar İbrahimova, ADTU–nun I kurs tələbəsi Kamran Mahmudov, BDU-nun IV kurs tələbəsi Şəhriyar Orucov çıxış edərək partiyanın layiqli namizədlərinə səs verəcəklərini qeyd etdilər.
Sonra namizədlər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Binəqədi
.jpg)
Dünən YAP Binəqədi rayon təşkilatında bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən şəxslərin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yerli özünüidarəetmə orqanları, bələdiyyələrin funksiyaları haqqında gənclərə ətraflı məlumat verib. Natiq bələdiyyələrin dövlət mexanizminin ayrılmaz tərkib hissəsi olduğunu, bələdiyyə strukturlarının Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd edib. Rayon təşkilat sədri Binəqədi rayonunda Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocasən və Biləcəri bələdiyyələrinin fəaliyyət göstərdiyini, cari seçkidə ümumilikdə beş bələdiyyə üzrə 79 üzv yerinə seçkilərin keçiriləcəyini bildirib: "Bələdiyyə bu yerlərin hər birinə Yeni Azərbaycan Partiyasından olan namizədlərin irəli sürüb, Namizədlərin əksəriyyəti gənclərdən ibarətdir. Onların hamısının ali təhsilə malik, vətənpərvər, savadlı və geniş dünyagörüşlü şəxslərdəndir".
Ölkədə aparılan uğurlu gənclər siyasətindən danışan təşkilat sədri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər Siyasətinin mühüm nəticələr verdiyini, hazırda gənclərimizin dünyanın ən nüfuzlu ali təhsil məktəblərində təhsil aldıqlarını və ölkəmizi xaricdə layiqincə təmsil etdiklərini vurğulayıb. O, gəncləri seçkidə fəal olmağa, səsvermə günü seçki məntəqələrinə getməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb. R.Göyüşov bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına və Binəqədi rayonunun bu seçkilərdə öncül yerlərdən birini tutacağına inamını ifadə edib.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə kimi seçkidə iştirakları münasibətilə təbrik edib. YAP Gənclər Birliyinin fəaliyyətinə toxunan Ə.Pənahov partiyanın üzvlərinin iki yüz əlli mindən çoxunun gənclərdən ibarət olduğunu qeyd edərək, YAP Gənclər Birliyinin beynəlxalq əməkdaşlığından danışıb. Binəqədi rayonunun hər zaman özünəməxsusluğu ilə seçildiyini bildirən natiq bələdiyyə seçkilərində Binəqədi rayonunun öncül yerdə olacağından əminliyini bildirib.
Çıxış edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov səsvermənin 23 dekabr tarixində ilk dəfə səs verəcək gənclərin həyatında mühüm bir hal kimi qiymətləndirib. O gənclərin mənəvi və fiziki inkişafı üçün Cənab Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb, Dövlət Gənclər Siyasətinin Binəqədi rayonunda uğurla aparıldığını vurğulayıb. Natiq 23 dekabr bələdiyyə seçkilərində əksəriyyəti gənclərdən ibarət olan YAP namizədlərinin qalib gələcəyinə inamını ifadə edib, hər kəsi səsvermə günü seçki məntəqələrinə səs verməyə çağırıb.
Daha sonra bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri olan Zaur Quliyev, Aytac Əliyeva və Ayla İbrahimova çıxış edərək bu seçkilərdə iştiraklarından böyük qürur duyduqlarını qeyd ediblər. Namizədlər gənclərin bələdiyyə seçkilərində "Rifah və quruculuq naminə" şüarı ilə iştirak edən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə inandıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB