Nəriman Əliyev: “Azərbaycan büdcəsi Ermənistan büdcəsindən on dəfə böyükdür” MÜNASİBƏT

Hərbi xərclərmiz on dəfə, əhalimizin sayı isə beş dəfə artıqdır
Nəriman Əliyev: “Azərbaycan büdcəsi Ermənistan büdcəsindən on dəfə böyükdür” MÜNASİBƏT

"Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir". Sözügedən fikirləri SİA-ya Milli Məclisin deputatı Nəriman Əliyev ölkə Prezidenti İlham Əliyevin son illərdə apaprdığı mütərəqqi siyasi-iqtisadi silahatları barədə fikirlərini bildirərkən deyib.

"Prezident İlham Əliyev aparılan siyasətin həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəni gücləndirmək, regionda mövqeləri möhkəmləndirmək məqsədini daşıdığını vurğulayıb və bildirib ki, ölkənin gələcək inkişafı üçün neft amilindən asılığı azaltmaqdır lazımdır ki, bunun üçün də sahibkarların üzərinə çox iş düşür. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birinin, məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi təsadüfi deyildir. Ötən illər ərzində özəl sektorun inkişafı Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması üçün geniş imkanlar açmışdır. Daim sahibkarlarla görüşən, onların qayğıları ilə maraqlanan dövlət başçısı hər bir yerdə yerli icra orqanlarının rəhbərlərinə, icra başçıları, vəzifəli şəxslərə sahibkarlara kömək göstərmələrini tövsiyyə edir. Ötən on ildə 1 milyard manat dəyərində verilən güzəştli kreditlərin iqtisadiyyatın real sektoruna yönəldilməsi və iş yerlərinin açılması, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması məqsədlərinə xidmət edib", deyə millət vəkili qeyd edib.

"Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi də hazırda ən vacib məsələdir", - deyə qeyd edən Nəriman Əliyevin fikrincə, Azərbaycan xalqı əmindir ki, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək, köçkünlər Dağlıq Qarabağa, digər torpaqlara qayıdacaqlar. Çünki Azərbaycan tam şəkildə öz hesabına yaşayır, öz inkişafını, təhlükəsizliyini təmin edir, getdikcə güclənir, işğalçı Ermənistan getdikcə zəifləyir. Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən on dəfə böyükdür, hərbi xərclər on dəfə çoxdur, əhali isə beş dəfə artıqdır. Xocalı soyqırımını soyqırımı kimi dünyada bir sıra dövlətlər tanıyıb və bu proses uğurla davam edir. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulamışdır: "Dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi son on il ərzində inkişaf edən ikinci ölkə yoxdur. Bu amillər bir daha demək istəyirəm tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi hərbi gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq".

Söz yox ki, Azərbaycanın uğurları bəzi düşmən dairələr tərəfindən qısqanclıqla qarşılanır. Dövlətimizin güclənməsi kimlərisə narahat edir, erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri qane etmir. Ötən prezident seçki kampaniyasının gedişində erməni lobbisinə bağlı müxtəlif beynəlxalq dairələrin sifarişini icra edən "milli vətənpərvər"lərin uğurlara hər bir vasitə ilə kölgə salmağa çalışmaları cəhdləri uğursuz alındı. Çünki demokratiya yolu ilə uğurla addımlayan Azərbaycanda seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsinin bir daha sübutu olmuşdur. Azərbaycanın qısa müddət ərzində dünya miqyasında mühüm uğurlar əldə etməsi, nüfuzlu söz sahibinə çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin düzgünlüyünü, habelə ölkənin və xalqın milli maraqlarına cavab verdiyini bir daha sübut edir. Görkəmli dövlət xadimi İlham Əliyevin möhkəm iradəsi, siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə bundan sonra da aparıcı mövqe qazandıracağına xalq əmindir".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə