Mütəllim Rəhimli: “Biz aksiyaları aksiya xatirinə keçirilməsinin tərəfdarı deyilik” AÇIQLAMA

Mütəllim Rəhimli: “Biz aksiyaları aksiya xatirinə keçirilməsinin tərəfdarı deyilik” AÇIQLAMA

"Mən Müsavat Partiyasının təmsilçisi olmadığım üçün bu məsələlərə daha geniş şərh verə bilmərəm. Düşünürəm ki, kütləvi aksiyaların keçirilməsi, planlaşdırılması və həyata keçirilməsi məsələsi ilə bağlı Müsavat yetkililəri məsuliyyət daşıyırlar". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Rəsul Quliyevin Müsavat Partiyasının biabırçı aksiyasına Arif Hacılı günahlandırmasına və onu istefaya çağırmasına münasibət bildirərkən deyib.

"Ümumiyyətlə, bu aksiyanı bütün respublikanın taleyini həll edə biləcək bir aksiya kimi qiymətləndirmədiyimdən onu necə alındığı da mənim üçün o qədər maraqlı deyil. Bu baxımdan hesab edirəm ki, həmin məsələlər onların öz daxili işidir. Düşünürəm ki, Rəsul Quliyevin bu çağırışının özündə də digər partiyaların daxili işlərinə müdaxilə meylləri hiss olunur. Biz sadəcə olaraq aksiyaları aksiya xatirinə keçirilməsinin tərəfdarı deyilik. Hesab edirik ki, bu da cəmiyyətdə hər hansı bir problemin həllinə təsir göstərmir. Lakin bəzi qüvvələr var ki, kütləvi aksiyanı bütün problemlərin açarı kimi görürlər. Təbii ki, biz bunu yanlış hesab edirik. Artıq ictimaiyyətin bu cür aksiyalara soyuq münasibəti onu göstərir ki, bizim düşüncələrimiz həqiqəti ifadə edir" – deyə, Aparat rəhbəri sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə