Göyçay seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər

Göyçay seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatı bələdiyyə seçkilərində partiya tərəfindən Göyçay rayon bələdiyyələrinə qeydə alınmış gənc namizədlərlə və Seçki Qərargahının üzvləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri YAP Göyçay rayon təşkilatının sədr müavini, rayon təşkilatının Seçki Qərargahının sədri Sahil Şükürov açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə məlumat verərək qarşıdakı bələdiyyə seçkilərini qələbə ilə başa vuracağının deyib. Qeyd edib ki, bələdiyyə seçkilərinin respublikamızın sosial-siyasi həyatında vacib hadisə olduğunu vurğulayıb və bildirib ki, respublikamızda ən güclü siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası bu günə qədər keçirilən siyasi kampaniyalarda qələbə qazandığı kimi, bundan sonra da bu şərəfli yolun layiqincə davam ediləcəyinə əminik.

YAP Qadınlar Şurasının üzvü, partiyanın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Zərifə Quliyeva bələdiyyə seçkilərinin demokratik idarəetmə sisteminin mühüm komponenti olduğunu diqqətə çatdıraraq deyib ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir: "Bu prosesdə təbliğat-təşviqat işləri də mühüm əhəmiyyət kəsb edir. Təbliğat-təşviqat işinin yerli qanunvericiliyə, müəyyən olunmuş standartlara müvafiq surətdə aparılması olduqca vacib və zəruri amildir".

Z.Quliyeva onu da vurğulayıb ki, Ötən müddət ərzində bələdiyyələrin müəyyən inkişaf yolu keçdiyini, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımların atıldığını bildirib: "Respublikamızda ən güclü siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası bu günə qədər keçirilən siyasi kampaniyalarda qələbə qazandığı kimi, bundan sonra da bu şərəfli yolun layiqincə davam ediləcəyinə əminik". dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri qələbə qazanacaqlar".

Görüşdə iştirak edən gənc namizədlər Ləman Hacıyeva, Samirə Vəliyeva, rayon təşkilatı Sekçi Qərargahının üzvü Zemfira Əliyeva və başqaları onlara göstərilən bu etimada görə partiyanın rəhbərliyinə minnətdarlıq ediblər və bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə