Ukraynanın Truskavets şəhərində yerləşən "Karpatı" mehmanxanasında Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşənin açılışı olub. SİA-ya daxil olan məlumata görə, xatirə guşəsi "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının təşəbbüsü ilə açılıb. Guşənin açılışına xüsusi tədbir təşkil edilib.Tədbirdə şəhərdə yaşayan azərbaycanlı ziyalılar, iş adamları və nüfuzlu xadimlər iştirak ediblər.
Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədov tədbirdə çıxış edərkən qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqına buraxdığı əsas miras müstəqil və suveren Azərbaycan dövlətidir. O, eyni zamanda bildirib ki, təhsilini məhz Ulu Öndər Heydər Əliyevin göndərişi ilə Ukraynada alıb: "Minlərlə azərbaycanlı gənc Heydər Əliyevin diqqəti və qayğısı sayəsində xaricdə təhsil alaraq, bu gün öz ölkəsinə töhfələrini verməkdə davam edirlər. O cümlədən, Heydər Əliyevin tarixi və qətiyyətli dövlətçilik fəaliyyəti bu gün Azərbaycanı, Azərbaycan xalqını daha güclü və firavan edib.
Bu gün həmin siyasət Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, əldə edilən uğurların təməli xalq-iqtidar vəhdətinin nəticəsidir".
Tədbirdə iştirak edən Truskavets şəhər merinin müavini Yuri Yavrovski də öz növbəsində çıxış edərək bildirib ki, bu gün Azərbaycanla Ukrayna arasındakı dostluq və qardaşlıq bağlarının əsasını, təməlini Ümummilli Lider Heydər Əliyev qoyub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB