Niyaməddin Orduxanlı: “Bələdiyyə seçkilərində radikal müxalifət tam iflasa uğradı” MÜNASİBƏT

Niyaməddin Orduxanlı: “Bələdiyyə seçkilərində radikal müxalifət tam iflasa uğradı” MÜNASİBƏT

"Radikal müxalifətin sosial dayaqlarının olmaması bələdiyyə seçkilərində tam özünü göstərdi. Bir daha sübut olundu ki, onlara nəinki səs verməkdən, hətta onların partiyasından namizədliyini verməkdən imtina edib". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı ölkədə keçirilən bələdiyyə seçkilərində radikal müxalifətin passivliyinə münasibətini bildirərkən deyib.

"Radikal müxalifət partiyaları bütövlükdə Azərbaycan üzrə 100 nəfər tapıb namizədliyini irəli sürə bilməyib" -deyə qeyd edən BAXCP rəsmisi vurğulayıb ki, özlərini müxalifətin "anası" olmağı uğrunda mübarizəyə həsr edənlərin aqibəti gülünc doğurucudur: "Əli Kərimli ictimaiyyyətə açıqlasın görək onun partiyasından neçə nəfər namizədliyini irəli sürüb?"

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə