Səfir: “Azərbaycan “Qaşaqan” neftini Aİ ölkələrinə ötürməyə hazırdır”
Ölkəmizin Qazaxıstandakı səfiri Zakir Həşimov bildirib ki, Azərbaycan "Qaşaqan" neftini Aİ ölkələrinə ötürməyə hazırdır. SİA-nın xəbərinə görə, diplomatımız bunu Qazaxıstanın rəsmi "Kaz TAQ" saytına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan bütün dost ölkələr üçün tranzit potensialını təklif edə bilər: "Qazaxıstan da dost ölkələr sırasında yer alır və bu marşutdan istifadə edir. Bu il Qazaxıstan neftinin BTC vasitəsi ilə tranziti bərpa olunub. İnanırıq ki, Qaşaqan nefti də tam istehsal olunduqdan sonra dost ölkənin BTC-dəki tranzit həcmi böyüyəcək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB