YAP Qusar rayon təşkilatı bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyə üzvlüyünə namizədlər və seçki qərargahının üzvləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşü YAP Siyasi Şurasının üzvü, YAP Qusar rayon təşkilatının və rayon Seçki Qərargahının sədri David İbramxəlilov açaraq qeyd edib ki, bələdiyyələr ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm rol oynayan institut kimi mühüm əhəmiyyət kəsb edir: "Bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni və humanitar tədbirlərdə fəal iştirak edərək, vətəndaşların sosial-məişət qayğılarının həllində mühüm rola malikdir. Bələdiyyə seçkilərinin ölkənin həyatında əhəmiyyətli siyasi kampaniyadır. Bütün seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da YAP monolit qüvvə kimi çıxış edir".
D.İbramxəlilov çıxışında onu da qeyd edib ki, 51 saylı Qusar və 53 saylı Quba-Qusar seçki dairələri üzrə partiya tərəfindən namizədliyi irəli sürülmüş 263 nəfər bələdiyyə üzvü qeydə alınıb. Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə aydın proqramla getdiyini bildirən D.İbramxəlilov namizədlərin təbliğat tədbirlərinin qrafikə əsasən seçki qərargahının üzvlərinin iştirakı ilə aparıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. Buna görə də, növbəti bələdiyyələr seçildikdən sonra, bu meyarlara uyğun olaraq, daha yüksək səviyyədə fəaliyyət göstərməlidirlər. Natiq qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağına əminliyini bildirib və bu məqsədlə namizədlərə uğurlar arzulayıb. Hamının konstitusion hüququ olan səsvermədə layiqli namizədlərə səs verməyə çağırıb.
Görüşdə çıxış edən namizədlər Yeni Azərbaycan Partiyasının qarşıdakı bələdiyyə seçkilərində də böyük qələbəyə imza atacağına qeyd edərək, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliklərinin irəli sürüldüyünə görə minnətdarlıqlarını bildiriblər. Namizədlər partiyanın onlara göstərdiyi etimadı doğruldaraq, səlahiyyətləri çərçivəsində sakinlərin problemləri ilə yaxından tanış olacaq, bu problemlərin öhdəsindən gələcəklərinə söz veriblər.
Seçicilər də öz növbəsində YAP-ın irəli sürdüyü namizədlərə bu dəfə də etimad göstərərək, layiqli namizədləri dəstəkləyəcəklərini bildiriblər.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB