Prezident “BakuTel-2014” sərgisi ilə tanış olub FOTOLAR

Prezident “BakuTel-2014” sərgisi ilə tanış olub FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində "BakuTel-2014" XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub. SİA-nın xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dövlətimizin başçısına sərgi haqqında məlumat verib. Bildirilib ki, bu il sərgidə yerli şirkətlərlə yanaşı, dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.

Dövlətimizin başçısı sərgidəki milli və xarici pavilyonlarla tanış olub.

Prezident İlham Əliyev sərgidə "Euronews" telekanalının müxbirinə müsahibə verib.

Azərbaycan Prezidenti sərginin iştirakçılarına uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə