Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarı, müsavatçı fəal İsmayıl Kəsəmənli təşkilatın yeni rəhbərliyini ifşa edən fikirlər yayıb. SİA xəbər verir ki, İsmayıl Kəsəmənli digər Müsavat funksioner İkram İsrafilin oğlunun guya bir müddət öncə NİDA-çıların məhkəməsində döyülməsi ilə bağlı verilən bəyanatı sosial şəbəkə vasitəsilə əsassız adlandırıb. O iddia edib ki, həmin zamanlar İkram İsrafilin oğlu Azərbaycanda deyil, İngiltərədə olub. Sitat: "Üzvü olduğum Müsavat Partiyasının rəhbərliyinin bu suallara cavab vermələrini istəyirəm.
1) İkram İsrafilin oglu İsrail İsrafil İngiltərədə yaşaya- yaşaya ona necə təzyiq olub?
2) Onu harda döyüblər? ("NİDA-çıların məhkəməsində iştirak etdiyinə görə Nəsimi polisində döyülüb və onun həyatına təhlükə var").
3) Mətbuatda adı birinci dəfə çıxan bu şəxs nə vaxt döyülüb, kim tərəfindən döyülüb?
4) Bəyanatda niyə göstərilmir tarix, saat, yer və hadisə?
5) Döyülmə, pis rəftarla bağlı məhkəməyə və ya hansısa orqana şikayət edilibmi?
6) Mətbuatda bu barədə niyə yazılmayıb indiyə qədər?
7) Və sonda bu bəyanatı verəndə heçmi vicdanınız sızıldamadı?
Xatırladaq ki, İsmayıl Kəsəmənli partiyanın qurultayından və başqanlıq seçkilərindən sonra Qubad İbadoğlunun tərəfdarı qismində çıxış edir və sosial şəbəkə vasitəsilə Arif Hacılını və onun komandasını ən sərt ittihamlarla tənqid edir. O, bir müddət öncə də qeyd etmişdi ki, etirazlarına görə, onu partiyadan xaric edəcəklər: "Məni Müsavat Partiyasından qovmağa hazırlaşırlar! İstədikləri isə üzr istəyib əfv diləməyimdir. Unutmayın, mən heç zaman söylədiyim haqq fikirlərə görə heç kimdən üzr istəmərəm! Çünki mən Qubad İbadoğlu kimi haqq söyləyən bir liderin yanındayam!"
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB