Azərbaycan prezidenti İlham Əliyev Rumıniya prezidenti Trayan Beseskuya təbrik məktubu göndərib. SİA-nın xəbərinə görə, dövlət başçısı rumıniyalı həmkarının Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə təbrik edib.
"Azərbaycanla Rumıniya arasındakı münasibətlər bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq əlaqələri bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün əlverişli zəmindir. Ümidvaram ki, Azərbaycan-Rumıniya dostluğu, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və genişlənəcək" - deyə, məktubda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB