Aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər başa çatıb
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən, aşağı seçki komissiyalarının üzvləri üçün ötən ayın 25-dən başlanan maarifləndirici treninqlər başa çatıb.
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi dairə seçki komissiyasından verilən məlumatda bildirilir ki, tərtib olunan qrafik əsasında keçirilən treninqlərdə 62 məntəqə üzrə 345 nəfər məntəqə sədri, katibi və üzvü iştirak edib.
Treninqlərdə iştirakçılara "Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərin komissiya tərəfindən qəbul edilməsi, qeydə alınması və ekspert qrupu üzvlərinə çatdırılması", "Müraciət etmiş şəxslərin araşdırma prosesinə dəvət olunması və iştirakının təmin edilməsi", "Seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin (şikayətlərin) DSK nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına dair tələblər" barədə ətraflı məlumatlar, şərhlər, izahatlar verilib. Treninq iştirakçıları, habelə səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılıblar.
Treninq iştirakçılarına səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənədlərin nümunələri də verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB