Vitse-spiker radikal müxalifətin iddialarına cavab verdi MÜNASİBƏT
"Azərbaycanda öz siyasi maraqlarını reallaşdıra bilməyən, şəxsi ambisyalardan çıxış edən kiçik, davakar, radikal bir qrupun nümayəndələri yalnız bu düşüncədən çıxış edə bilər. Çünki onlar özlərinə uğur hesab etdiyi hədəflərə çatmaq üçün fəaliyyətlərini kiminsə dəstəyindən istifadə etməklə qururlar". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məsclisin vitse-spikeri Bahar Muradova deyib.
Qeyd edək ki, ABŞ Konqresinin bir neçə üzvü ABŞ prezidenti Barak Obamaya Azərbaycana dəstək verilməsi üçün məktub ünvanlayıb. Konqresmenlərin məktubu AXCP sədri Əli Kərimli və onun təsiri altında olan qəzet və saytlarda narahatlıqla qarşılanıb. Bunu "Azərbaycan iqtidarının konqresmenlərdən xahiş etmələri" kimi dəyərləndiriblər.
Bahar Muradova bəzi insanların digər ölkələrdə başa verən proseslərin ölkəmizdə də təkrarlanmasına çalışdıqlarını söyləyib: "Beynəlxalq təşkilatlara "donos" göndərmək, xahişlər etmək radikal düşərgəyə, "siyasətbazlara" məxsus olan cəhətdir. Onlar öz adlarını digərlərinə qoymasınlar. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, resursları, iqtisadi, siyasi həyatındakı inkişaf, beynəlxalq aləmdə yürütdüyü siyasət ölkəmizi dünyada söz sahibinə çevirməklə yanaşı əhəmiyyətli tərəf müqabili edir. Bu baxımdan bir neçə konrqresmen və senatın Azərbaycana dəstək verilməsi ilə bağlı Barak Obamaya məktub ünvanlanmasını normal hal hesab edirəm. Xarici ölkələrdə dərc edilən kitablarda, analitik məqalələrdə Azərbaycanın nüfuzu açıq-aydın görünür. Dövlətimizin müdafiəsi, dəyərləndirilməsi, regional və dünya dövlətləri üçün əhəmiyyətini dərk edənlər bunu Azərbaycanın reallığından çıxış edərək qeyd edirlər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB