Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda 25 noyabr 2014-cü il tarixli protokol təsdiqlənib. Dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində "web-kamera"lardan istifadə ilə bağlı məsələyə baxılıb.
İclasda MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərini sonadək izləmək üçün 1000 seçki məntəqəsində "web-kamera"lar quraşdırılacaq.
Daha sonra Elman Fəttah bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.
İclasda bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.
Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB