Musa Quliyev: “Radikal müxalifətin iddiaları əsassızdır” AÇIQLAMA
"Neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına heç bir mənfi təsiri olmayacaq". Bu fikirləri SİA-ya millət vəkili Musa Quliyev dünya bazarında neftin ucuzlaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında problemlərin yaranacağı ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, radikal müxalifətçilər neft kontraktları bağlananda da heç bir əsası olmayan proqnozlarla çıxış edirdilər: "20 il keçməsinə baxmayaraq, bunlar hələ də eyni fikirlərlə çıxış edirlər. Zaman özü göstərdi ki, Azərbaycan günü-gündən inkişaf edib, dünyanın ən qabaqcıl ölkələri sırasına daxil olub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ÜDM-də qeyri-neft sektorunun payı 64 faizə çatıb. Buna görə də neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatında heç bir problem yarada bilməz. Radikal müxalifətin iddialarını isə heç bir məntiqi əsas yoxdur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB