Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli partiyada baş verən istefalarda ən çox Hikmət Hacızadənin getməsinə təəsüfləndiyini bildirib. SİA xəbər verir ki, Mustafa Hacıbəyli son ana qədər Hacızadənin siyasi təşkilat daxilindən getməyinə inanmadığını da qeyd edib.
Onun sözlərinə görə, Hikmət Hacızadənin getməsinə təəssüf hissi keçirir: "Hesab edirəm ki, Hikmət bəyin istefasına olsa-olsa o şəxslər sevinə bilər ki, bunu əllərində tutarqa edərək, Müsavat hücumlarını artırıblar".
Maraqlı məqamlardan biri də Mustafa Hacıbəylinin Hikmət Hacızadənin partiyanın qurultayının "demokratik keçirilməsi" barədə etdiyi çıxışını xatırlatmasıdır: "Xatırlatmaq istəyirəm ki, Hikmət bəy qurultayın sonunda çıxış edərək, qurultayı "demokratiya dərsi" adlandırdı... Hikmət bəy istər mətbuata açıqlamasında, istərsə də şəxsi görüşlərdə Müsavatın yeni rəhbərliyinə dəstəyini ifadə etmişdi. Amma fitnə salıb münasibətləri gərginləşdirdilər, körüklədirlər, elə bir həddə gətirdilər ki, Hikmət bəy istefa verdi. Bu istefaya görə də, bundan əvvəlki istefalara görə də məsuliyyət münasibətləri körükləyən, fitnə toxumu səpən iki nəfərin üzərinə düşür".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB