Rusiyalı politoloq: “Erməni helikopterinin Azərbaycan ərazisində nə işi var idi?”

Rusiyalı politoloq: “Erməni helikopterinin Azərbaycan ərazisində nə işi var idi?”

Ermənistana məxsus Mi-24 tipli helikopterinin Azərbaycan silahlı qüvvələri tərəfindən məhv edilməsinə rusiyalı politoloq Vladimir Belyayev münasibət bildirib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, V.Belyayev bunu sarsıdıcı hadisə kimi qiymətləndirib. O qeyd edib ki, atəşkəs qəbul olunduğu 1994-cü ildən bu günə kimi, 2014-cü il tərəflərin nəinki rekord sayda itkisi, eləcə də bahalı hərbi texnikanın məhvi ilə də yadda qalır: "Hərbi texnikanın erməni Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə təlimləri zamanı vurulması Ermənistanın nəinki hərbi, eləcə də Dağlıq Qarabağdan propoqanda kimi istifadə edən siyasi imicinə böyük zərbədir. Axı "Qarabağ arqumenti" hazırki hakimiyyətin daxili siyasi mübarizədə, uzanan sosial-iqtisadi krizisi kompensasiya etdirən əsas bəhanəsidir. Bu səbəbdən erməni tərəfinin itkiyə qarşı tərəfin itkisi ilə cavab vermə cəhdlərinin olması güman edilir. Gələcək günlərdə erməni ordusunun Azərbaycan mövqelərinə qumbara atanlarla hücumları olması mütləqdir".

V. Belyayev daha sonra vurğulayıb ki, erməni hərbi aviasiyasının işğal olunmuş ərazilərində manevrləri son dərəcə riskli bir davranışdır: "Hazırki prezident Serj Sarkisyan da bir neçə dəfə "Ağdam bizim torpağımız deyil" -deyə, bildirib. Bəs əgər Ermənistan prezidenti belə Ağdamın Azərbaycana aid olduğunu təsdiq edirsə, buradan qanunauyğun sual doğur ki, erməni ordusu niyə orada təlim keçirir? 12 noyabrda erməni aviasiyasının Azərbaycan mövqeləri üzərində uçuşu növbəti porovokasiya oldu. Beləliklə ATƏT-in Minsk qrupunun toxunulmazlığına israr etdiyi status-kvoya, "Qarabağ bombası"nın partlaması təhlükə yaradır. Buna görə də problemin həllinin sistemli və uzunmüddətli resepti təklif edilməyənə kimi, vuruşan tərəflərin qaçınılmaz itkilərə hazır olması lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə