MSK sədri: "Bu günə qədər 3 324 nəfərin namizədliyi qeydə alınıb"

MSK sədri: "Bu günə qədər 3 324 nəfərin namizədliyi qeydə alınıb"

Bu günə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyənin 1578-dən 22 821 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

O bildirib ki, namizədliklə bağlı müraciət edənlərin 16 205 nəfəri kişi, 6 616 nəfəri qadındır: "İndiyədək 18 453 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 8 283 imza vərəqi geri namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Ümumilikdə 8 781 nəfərin namizədliyi fərdi qaydada, 406 nəfərin namizədliyini təşəbbüs qrupları, 13 624 nəfərin namizədliyi isə partiyalar tərəfindən irəli sürülüb. Bu günə qədər 3 324 nəfərin namizədliyi qeydə alınıb".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня