Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının SİA-ya müsahibəsi:
- Niyaməddin bəy, bələdiyyə seçkilərində müxalifətin fəallığının görünməməsinin arxasında nə dayanır?
- Bu gün müxalifətin durumu çox acınacaqlı bir vəziyyətdədir. Müsavatın keçmiş başqanı İsa Qəmbərin tərəfdarları ilə AXCP sədri Əli Kərimlinin tərəfdarları arasında qarşıdurmalar daha da dərinləşməkdədir. Yəni bələdiyyə seçkiləri prosesində müxalifətin fəallığının görünməməsinin arxasında müxalifətin başının özünə qarşıması ilə bağlıdır.
- Sizcə, nəyə görə müxalifət birlik haqqında çox danışsa da bunu reallığa çevirməkdə acizlik nümayiş etdirir?
- Bir-birinə nifrət edən müxalifətin təmsil edən şəxslər necə birgə fəaliyyət göstərə bilərlər? Burada müxalifətin hansı birliyindən söhbət gedə bilər? Təbii ki, müxalifətin birliyindən söhbət gedə bilməz. Çünki buna müxalifət partiya sədrlərinin şəxsi ambisiyalarının olması umumi birliyin yaradılmasında ciddi problemlər yaradır. Umumiyyətlə, nə indi, nə də sabah müxalifət düşərgəsində birliyin yaradılması qeyri-mümkündür.
- Müsavatın parçalanma prosesi ilə üzləşməsindən sonra Əli Kərimlinin daha çox aksiyalar keçirtməyə meyil göstərməsi nə ilə izah oluna bilər?
-Əli Kərimli özünü müxalifətin alternativsiz lider görmək istəyir. Yəni AXCP sədri Əli Kərimli müxalifətin vahid lideri olmaq arzusundadır. Əli Kərimli də bunun uğurunda mübarizə aparır. Bu da digər iddialılar arasında qarşıdurmaların yaranmasına gətirib cıxarır. Amma birmənalı şəkildə demək olar ki, onlar arasında olan münasibətlər daha da gərginləşəcəkdir. Nəticə də, bələdiyyə seçkiləri müxalifət üçün arzuolunmaz nəticələrlə yekunlaşacaq.
- Sizcə, Əli Kərimli İsa Qəmbər və Arif Hacılı qarşıdurması daha hansı vəziyyətlə nəticələnə bilər?
- Adları çəkilən şəxslərin qarşıdurması nəticə etibarı ilə heç də müxalifətə yaxşı nəticə vəd etmir. Çünki onların bu münasibətləri ümumi müxalifətin durumunu daha da çətin bir vəziyyətə qoyur. Onların biri-birinə olan münasibəti düşmənçilik səviyyəsindədir. Bu da uzun müddət davam edəcək. Ziyanını isə Müsavatla AXCP cəkəcək. Yalnız Əli Kərimli və İsa Qəmbərin siyasətdən getmələri müqabilində Müsavat və AXCP-də sakitlik yarana bilər.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB