Musa Qasımlı: “Azərbaycan dünya siyasətində özünəməxsus rol oynayan ölkədir” AÇIQLAMA
"Son illərdə Azərbaycanın xarici siyasətdə fəaliyyətinin güclənməsi həm ikitərəfli məsələlərin müzakirəsi, həm də regional və beynəlxalq problemlərə baxışların aydınlaşdırılması baxımından zərurətə çevrilib". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Prezident İlham Əliyevin xarici ölkələrə və Macarıstana səfərinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, ikitərəfli görüşlərin startının artması beynəlxalq aləmdə cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin səmərəli olduğunu və Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin artdığını göstərir: "Bu səfərlər və onların gedişində müzakirə olunan məsələlər bir daha göstərir ki, bu gün Azərbaycan dünya siyasətində özünəməxsus rol oynayan ölkələrdən biridir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Macarıstana işgüzar səfər edib. Budapeştin Ferents List Beynəlxalq hava limanında Prezident İlham Əliyevi Macarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB